Bakı Media Mərkəzi Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırlayıb

Bakı Media Mərkəzi Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırlayıb
# 08 noyabr 2020 18:12 (UTC +04:00)

Bu gün Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşa işğaldan azad olundu.

APA-nın məlumatına görə, Bakı Media Mərkəzi bu münasibətlə Azərbaycan Xalqını təbrik edir, Ordumuza yeni qələbələr arzu edir.

“Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər. Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik. Qələbə bizimlədir, Qələbə bizimdir ! Eşq olsun Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!"

Bakı Media Mərkəzi Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırlayıb.

Həmin videonu təqdim edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR