Bakı şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb
  • Clock-gray 17:11
  • calendar-gray 30 Noyabr 2019

Bakı şəhər Baş Polis İdarəsi bu gün təşkil olunan mitinqlə bağlı məlumat yayıb. 

İdarədən APA-ya bildirilib ki, noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 (dörd yüz əlli) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. 

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.

 

Digər xəbərlər