Baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir

Baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir
# 24 aprel 2020 15:04 (UTC +04:00)

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəyə əsasən, baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin “Torpaq icarəsi haqqında" qanunda icarəyə verilən dövlət torpaqları siyahısından, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda isə özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növləri siyahısından çıxarılması təklif edilir.

Qanun layihəsi baytarlıq və fitosanitar nəzarəti sahəsində həyata keçirilən islahatlar nəticəsində həmin xidmətlərin müstəqil qurum kimi ləğv edilməsi (baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin mövcud olmaması) ilə əlaqədar hazırlanıb.

Hazırda baytarlıq və fitosanitar nəzarəti sahəsində fəaliyyətlər öz səlahiyyətləri daxilində Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı yanında Aqrar Xidmət Agentliyi tərəfindən həyata keçirilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR