Bir sıra məhkəmə hakimləri vəzifədən azad edilib

Bir sıra məhkəmə hakimləri vəzifədən azad edilib
# 05 may 2020 11:43 (UTC +04:00)

Milli Məclisin iclasında bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması təklif olunub.

Layihə səsverməyə çıxarılaraq, qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR