Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
  • Clock-gray 00:44
  • calendar-gray 26 Fevral 2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

 

apa-logo-mini

Digər xəbərlər