Birinci vitse-prezident Mehriban Əliyeva gəncləri təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva gəncləri təbrik edib
# 02 fevral 2020 11:58 (UTC +04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib.

APA-nın məlumatına görə, təbrik Birinci vitse-prezidentin “İnstagram” səhifəsində yerləşdirilib.

Birinci vitse-prezident gənclərimizin ölkənin gələcəyi olduğunu vurğulayıb: “Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR