Bələdiyyə qərarlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmə müddəti azaldılır

Bələdiyyə qərarlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmə müddəti azaldılır
# 19 iyun 2020 13:10 (UTC +04:00)

Bələdiyyə qərarlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmə müddəti dəyişir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 5 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərəcəklər. İndiyə qədər bu müddət 15 gün olub.

Analoji məzmunda dəyişiklik “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna da təklif edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR