Bələdiyyə seçkiləri ilə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatır

Bələdiyyə seçkiləri ilə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatır
# 15 dekabr 2019 10:00 (UTC +04:00)

Bu gün dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatır.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanmasını təmin etməlidir.

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət dekabrın 16-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR