Bələdiyyə seçkiləriylə əlaqədar çip oxuyan cihazlarla təmin edilən seçki məntəqələrinin sayı açıqlanıb

Bələdiyyə seçkiləriylə əlaqədar çip oxuyan cihazlarla təmin edilən seçki məntəqələrinin sayı açıqlanıb
# 22 dekabr 2019 12:57 (UTC +04:00)

Sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar yeni şəxsiyyət vəsiqələri üzərindəki çipi oxuyan cihazlarla təmin edilən seçki məntəqələrinin sayı açıqlanıb.

APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 5049 məntqə çip oxuyan cihazla təmin edilib.

Qeyd edək ki, Azərbaycanda artıq əhalinin 1,5 milyon nəfərindən çoxuna yeni nəsil şəxsiyyət vəsiqəsi verilib, onların 1 milyon nəfərdən çoxu seçicilərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR