Braziliya Müşahidə Missiyası: Seçki son dərəcə demokratik şəkildə keçirildi

Braziliya Müşahidə Missiyası: Seçki son dərəcə demokratik şəkildə keçirildi
  • Clock-gray 22:25
  • calendar-gray 09 Fevral 2020

Fevralın 9-da parlamentə keçirilən seçkilərlə əlaqədar Braziliya parlamentinin Müşahidə Qrupu mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, Braziliya senatının birinci vitse-prezidenti, Senatda Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Antonio Anastasia bildirib ki, Azərbaycanda keçirilən seçkilərdə müşahidələr aparmaqdan məmnundur: “Seçki prosesi çox yaxşı keçirildi. Buradakı demokratiyanın şahidi olmaqdan çox məmnunam”.

Braziliya konqresində Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Claudio Cajado isə qeyd edib ki, Binəqədi və Qaradağ seçki məntəqələrində müşahidələr aparıb: “Gün ərzində rəqib namizədlərin hər biri ilə ünsiyyətdə olmuşam. Burada yaradılan şəraitdən razı qaldım. Seçki son dərəcə demokratik şəkildə keçirildi”.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date