Britaniyalı müşahidəçilər parlament seçkilərini yüksək qiymətləndiriblər

Britaniyalı müşahidəçilər parlament seçkilərini yüksək qiymətləndiriblər
# 10 fevral 2020 10:34 (UTC +04:00)

“Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri müvafiq prosedurlara uyğun baş tutub”.

APA-nın xəbərinə görə, bunu növbədənkənar parlament seçkilərini izləyən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Evans mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda bir neçə dəfə seçki prosesini izləyib.

Digər britaniyalı müşahidəçi Blakman Robert qeyd edib ki, onlar komanda şəklində müxtəlif seçki məntəqələrində olublar: “Mən özüm şəxsən 7 məntəqədə seçkini müşahidə etdim. Seçicilərin sayının lövhədə əks olunması yaxşı hal idi. Belə olduqda müşahidəçilər rəqəmlərin müqayisəsini apara bilirdi”.

"London Post" qəzetinin baş direktoru Şahid Qureyşi deyib ki, müstəqil namizədlərin sayının çox olması yüksək təəssürat yaradıb: “Texnoloji yeniliklər vardı. Məsələn, şəxsiyyət vəsiqəsini yoxlamaq üçün aparatı qeyd etməliyəm. Pozuntular üçün şərait yox idi. Çünki yerli müşahidəçilər vəziyyəti diqqətlə izləyirdilər”.

Diplomatiya üzrə ekspert Nəbi Ayad vurğulayıb ki, dünən apardığı müşahidələr onda böyük təəssürat yaradıb: “Seçki günü heç bir pozuntunun şahidi olmadım, seçkilər qaydalara uyğun keçirildi”.

Berri Tomlin isə qeyd edib ki, qadınların müşahidəçilər arasında yer alması əla nümunədir: “Bu, müsbət nümunədir və dünyada geniş tətbiq olunmalıdır. 800-dən artıq beynəlxalq müşahidəçinin dəvət olunması hökumətin seçkilərə nə dərəcədə diqqətli və məsuliyyətli yanaşdığını göstərir”.

Conatan Frayer seçki bülletenlərində deputatlığa namizədlərinin adlarının qarşısında onların fəaliyyəti barədə məlumatların əksini tapmasını müsbət hal kimi qiymətləndirib: “Düşünürəm ki, mənim ölkəm bu praktikadan yararlana bilər. Adətən namizədlərin yalnız partiya mənsubiyyəti olur. Lakin seçici kimə səs verdiyini bilməlidir ki, bu məlumat onlar üçün faydalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR