“Caucasus International” jurnalının növbəti sayı nəşr edilib

“Caucasus International” jurnalının növbəti sayı nəşr edilib
# 03 mart 2020 17:53 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ingilisdilli nəşri olan “Caucasus International” jurnalının “İrredentizm, separatizm və kimliyə əsaslanan münaqişələr” adlı növbəti sayı nəşr edilib.

APA-nın xəbərinə görə, hazırki nəşr həlli uzanan, dondurulmuş və ərazi və milli kimliyə əsaslanan münaqişələrin dinamikasına və Avrasiya məkanında, xüsusilə post-Sovet ölkələrində təcavüzkar separatizmin doğurduğu nəticələrə həsr olunub. Jurnalın müəllifləri ölkələrin kimlik və yaddaş siyasətini, etnik azlıqların milli kimlik quruculuğunu, münaqişələrin geosiyasi aspektlərini, ərazi genişlənmələrinə dair təhdidlər, xarici siyasətdə irredentizm amili, boz zonalarda (işğal olunmuş ərazilərdə) qanunsuz iqtisadi fəaliyyətlər və həll olunmamış münaqişələr üzrə danışıqlar prosesini təhlil ediblər.

Jurnalda yer almış məqalələri “Caucasus International” jurnalının yeni istifadəyə verilmiş saytında, aşağıdakı linkdən keçid edərək oxumaq mümkündür:

https://cij.az/new-issue.html

Jurnalı tam yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:

https://cij.az/frontend/web/uploads//images/Journals/Coverpages/Vol-9-No-1-2-Summer-Winter-2019.pdf

Həmçinin jurnalın əvvəlki saylarını aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz: https://cij.az/archive.html

Caucasus International (CI) jurnalı 2012-ci ildən bu yana ildə bir dəfə Bakıda nəşr olunan akademik jurnaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR