DİN bəzi namizədlərin polisə çağırılması barədə yayılan məlumatlara münasibət bildirib

DİN bəzi namizədlərin polisə çağırılması barədə yayılan məlumatlara münasibət bildirib
  • Clock-gray 16:53
  • calendar-gray 07 Fevral 2020

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması ilə bağlı məlumatlara münasibət bildirib.

APA-nın xəbərinə görə, E. Zahidov bildirib ki, həmin iddiaların heç bir əsası yoxdur və bu, dezinformasiyadır: "Polis seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Polisin daha bir vəzifəsi kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir. Ona görə də seçkiqabağı təşviqat prosesində ictimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu cür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləcə də namizədin seçicilərlə görüşünə mane olma, təşviqat-nəşr materiallarını qəsdən məhv etmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir, o cümlədən protokol tərtib edilir,  yaxud araşdırmaların nəticələri üzrə digər qərarlar qəbul olunur. Əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır".

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date