Daha 3 partiya qeydiyyatdan keçib

Daha 3 partiya qeydiyyatdan keçib
  • Clock-gray 17:21
  • calendar-gray 30 İyun 2020

"Son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib".

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib. 

Günay Elşadqızı

Digər xəbərlər