Daha bir nəfərin deputatlığa namizədliyi ləğv edilib

Daha bir nəfərin deputatlığa namizədliyi ləğv edilib
  • Clock-gray 16:21
  • calendar-gray 07 Fevral 2020

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məzahir Şahvələdovun ikili vətəndaşlığı olması ilə bağlı dairə seçki komissiyasının sədrinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib. A. Muxtarova deyib ki, DSK sədrinin müraciətindən sonra MSK müraciəti araşdırıb: "Dövlət orqanlarına verilən sorğu əsasında məlum olub ki, həmin şəxsin həqiqətən Rusiya vətəndaşlığı da var”.

MSK məsələni müzakirə edib və Şahvələdov Məzahirin namizədliyini ləğv edib.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date