Daha üç partiya YAP-a qoşulmaq qərarı verib - YENİLƏNİB-1 - SİYAHI

Daha üç partiya YAP-a qoşulmaq qərarı verib - YENİLƏNİB-1 - SİYAHI
# 04 mart 2021 16:55 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaq qərarı vermiş daha bir partiyanın adı məlum olub.

APA-nın məlumatına görə, Azərbaycan Demokratik Sahibkarlar Partiyası da YAP-a qoşulmaq üçün müraciət edib.

Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Qasım Qasımov agentliyə açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, bu barədə qərar martın 2-də partiyanın videokonfrans formatında keçirilmiş qurultayında qəbul edilib.

***

16.18

Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Bu barədə APA-ya partiyanın sədri Rafiq Turabxan məlumat verib.

Onun sözlərinə görə, bu barədə dünən partiyanın video-konfrans formatında keçirilən qurultayında qərar qəbul edilib.

Qeyd edək ki, Yurddaş və Milli Qurtuluş partiyaları da YAP-a qoşulmaq qərarı verib.

Daha bir neçə partiyanın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.

***

16.00

Bu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib.

Partiyadan APA-ya bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub.

Qurultayda partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə salınıb.

Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR