Deputat: "27 il əvvəl ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın milli siyasi dirçəlişi başlanıb"

Deputat: "27 il əvvəl ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın milli siyasi dirçəlişi başlanıb"
  • Clock-gray 10:49
  • calendar-gray 15 İyun 2020

“Müasir tariximizə şərəf və qürur səhifəsi kimi daxil olmuş 15 iyun-Milli Qurtuluş Günü milli dövlətçiliyimizin, müasir müstəqillik tariximizin dönüş nöqtəsidir və xalqımız tərəfindən milli bayram kimi qeyd olunur”.

Bunu APA-ya açıqlamasında deputat Fatma Yıldırım deyib.

O bildirib ki, 27 il əvvəl Azərbaycan xalqının dahi oğlu, milli dövlətçiliyimizin memarı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın milli siyasi dirçəlişi başlanıb:

“XX əsrin sonlarında yenidən müstəqillik kimi tarixi fürsəti və milli azadlığı əldə edən Azərbaycan təəssüf ki, həmin dövrdə AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi sayəsində müstəqilliyi itirmək təhlükəsi ilə üzləşmişdi. 1993-cü ilin iyununda mövcud olan hakimiyyət böhranı, xaos və anarxiya respublikamıza ağır sarsıdıcı zərbələr vururdu. Vətəndaş müharibəsi həddinədək yüksəlmiş milli qarşıdurma dövlət müstəqilliyimizi, xalqımızın milli varlığını sual altına salmışdı. Təsadüfi deyil ki, xalqımız 1991-1993-ci illəri qarışıqlıq və özbaşınalıq dövrü kimi xatırlayır. Siyasi hadisələri düzgün qiymətləndirə bilməyən və ictimai sabitliyin tamamilə itirilməsinə səbəb olan o dövrün iqtidarı xalq arasında nüfuzunu itirmiş və dərin hökumət böhranı yaşanmışdı”.

Deputat qeyd edib ki, bu çətin dövrdə xalqını darda qoymayan ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasını üzərinə götürdü və xalqın təkidli tələbi ilə Naxçıvandan Azərbaycana rəhbərliyə qayıtmağı qəbul etdi:

“Heydər Əliyevin müdrik zəkası, möhtəşəm idarəetmə istedadı sayəsində Azərbaycan dövləti yox olmaq təhlükəsindən xilas edildi. Beləliklə, uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Onun rəhbərliyi ilə demokratik Azərbaycanın inkişafını müəyyən edən  mühüm siyasi-iqtisadi sənədlər, qanunlar və proqramlar qəbul olundu.

Biz bu gün əminliklə deyə bilərik ki, ötən 27 ildə Azərbaycan böyük əhatəli inkişaf yolu keçib. Onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir və bu gün artıq dünyada nüfüzlü ölkələr sırasındadır. Bu siyasi kurs bizi daha yeni-yeni nailiyyətlərə aparmaqdadır. Cənab Prezidentimizin ətrafında birləşərək ölkəmiz yeni uğurlara imza atacaq”.

apa-logo-mini

Digər xəbərlər