Deputat: “Adına kiçik pay torpağı olanlara da 190 manat birdəfəlik yardım verilməlidir”

Deputat: “Adına kiçik pay torpağı olanlara da 190 manat birdəfəlik yardım verilməlidir”
# 24 aprel 2020 12:30 (UTC +04:00)

“Kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Əli Məsimli bildirib.

Ə. Məsimli deyib ki, yerli icra strukturları kəndlərdə məhəllə-məhəllə hansı ailələrin yardıma ehtiyacı olduğu barədə siyahılar hazırlayıb: “Bu məlumatlar da sosial yardımlar üçün istifadə edilməlidir. Ümumiyyətlə, sosial yardım sistemi təkmilləşdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR