Deputat: “Antiazərbaycan qüvvələr Tofiq Yaqublu ilə bağlı ən arzuolunmaz ssenarinin olmasını istəyirdi”

Deputat: “Antiazərbaycan qüvvələr Tofiq Yaqublu ilə bağlı ən arzuolunmaz ssenarinin olmasını istəyirdi”
# 18 sentyabr 2020 18:10 (UTC +04:00)

“Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublu ilə bağlı qəbul edilən bugünkü qərar bir daha Azərbaycan dövlətinin humanist olduğunu və öz vətəndaşına diqqət və qayğı göstərdiyini nümayiş etdirdi”.

Bunu APA-ya açıqlamasında deputat Elman Nəsirov deyib. O bildirib ki, Tofiq Yaqublu təcridxanada olarkən də ona hüquqi çərçivədə bütün imkanlar yaradılıb: “Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Eyni zamanda o qanunvericiliyə uyğun şəkildə ailə üzvləri və vəkili ilə də görüş təşkil edilib. Həmçinin, T. Yaqublu İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb. Əlavə olaraq, T.Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün onun özünün və həkimi Adil Qeybullanın təklifi o mülkü xəstəxanaya yerləşdirilib”.

Deputat vurğulayıb ki, T. Yaqublu ilə bağlı həbs qəti-imkan tədbiri barədə qərarın dəyişdirilməsi cəmiyyətdə çox müsbət qarşılanıb: “Azərbaycan ziyalıları, tanınmış ictimai xadimlər də bu məsələ ilə bağlı ölkə Prezidentinə müraciət etmişdilər. Bu hadisə eyni zamanda müəyyən antiazərbaycan siyasi dairələrin, 5-ci kolonun, radikal müxalifətin də öz mahiyyətini növbəti dəfə ortaya qoydu. Onlar bu hadisədən siyasi şou kimi istifadə edirlər, Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurmaq üçün hansı hay-həşir qoparırlar, "Azərbaycan dövləti üçün nə pisdirsə, onlar üçün yaxşıdır" prinsipi ilə çıxış edirdilər. Onlar Tofiq Yaqublu ilə bağlı hadisələrin ən arzuolunmaz ssenarisinin baş tutmasını istəyirdilər. Amma onların bu niyyəti baş tutmadı. Azərbaycan dövləti isə özünün humanist xarakterini ortaya qoydu. Bu da onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir. Bu gün Azərbaycanda səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Bu son hadisə də cəmiyyətdə olduqca müsbət dəyərləndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR