Deputat: “Azərbaycan işğalçı qüvvələri öz torpaqlarından çıxaracaq”

Deputat: “Azərbaycan işğalçı qüvvələri öz torpaqlarından çıxaracaq”
# 01 oktyabr 2020 11:28 (UTC +04:00)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən beynəlxalq təşkilatlar və beynəlxalq qurumlar kifayət qədər məlumatlandırılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib. O qeyd edib ki, ermənilər hətta bizim işğal altında olmayan ərazilərimizi atəşə tutaraq, burada yaşayan əhalinin qətlə yetirilməsi siyasətini həyata keçirirlər: “Ermənistan silahlı qüvvələrinin 50%-dən artıq hərbi texnikası və canlı qüvvəsi Azərbaycana qarşı müharibəyə yönləndirilib. Azərbaycan Ordusunun apardığı uğurlu əkshücum nəticəsində bir çox strateji yüksəkliklər azad edilib”.

Onun sözlərinə görə, baş verən son hadisələr göstərir ki, Ermənistan indiyə kimi qətiyyən sülhə deyil, dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın yeni ərazilərini ələ keçirmək üçün müharibəyə hazırlaşırdı: “Bütün bunlar göstərir ki, Ermənistan öz təcavüzkar siyasətindən qətiyyən əl çəkmir. BMT-nin münaqişənin həlli ilə bağlı əbul etdiyi 4 qətnamədə göstərilirdi ki, işğalçını qətiyyən silahlandırmaq olmaz. Amma görünür ki, bəzi dövlətlər bu qətnamələrə məhəl qoymayıb. Ermənistanı təpədən dırnağa qədər silahlandırıblar”.

Deputat bildiirb ki, ATƏT-in Minsk qrupu sadəcə 3 ölkədən ibarət deyil: “Son zamanlar ermənipərəst qüvvələr 3-cü qüvvələri bu məsələyə cəlb etmək istəyir və Azərbaycanı günahlandırmağa çalışır. Amma onlar unudur ki, ATƏT-in Minsk qupunun bu 3 ölkədən başqa daha 8 üzvü var. Bu ölkələrdən biri də Türkiyədir və Minsk qrupunun üzvü kimi Türkiyə bölgəyə sülhün gətirilməsini, işğal faktına son qoyulmasının vacibliyini dərk edir. Bu gün küçədən gəlmiş Paşinyan Azərbaycana danışıq formatı təqdim edir. Danışıqları silah dilində aparmağı Azərbaycana təklif etdi və Azərbaycan da bunu qəbul etdi və əkshücumla Paşinyana cavab verdi. Azərbaycan işğalçı qüvvələri öz torpaqlarından çıxaracaq. Buna heç kimin şübhəsi olmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR