Deputat: “Azərbaycanda əsgər, zabit hər zaman olub, amma rəhbəri olmayıb, indi onun rəhbəri də var”

Deputat: “Azərbaycanda əsgər, zabit hər zaman olub, amma rəhbəri olmayıb, indi onun rəhbəri də var”
  • Clock-gray 11:58
  • calendar-gray 06 Noyabr 2020

“Hərbçilərə diqqət hər zaman olmalıdır və bu, Azərbaycanda var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bu gün bu proseslərin yeganə qəhrəmanı var - o da Ali Baş Komandandır: “İstər beynəlxalq təşkilatlar, istərsə də məkrli qüvvələr qarşısında Ali Baş Komandan sinəsini qabağa verib. Əsgər, zabit hər zaman olub, amma onun rəhbəri olmayıb. İndi onun rəhbəri də var. Bu gün hər kəs çalışır, öz əməyini qoyur. Parlamenti sədri kimi siz beynəlxalq təşkilatlara müraciətlər edirsiniz, səfirləri qəbul edirsiniz, deputatlar efirlərə çıxırlar və s. Biz bu gün bu əməyi özümüzün reklamımıza çevirməməliyik. Döyüşü aparan əsgərin, Ali Baş Komandanın haqqına girməməliyik. Biz onların apardığı döyüşün nəticələrini ictimaiyyətə çatdıra bilərik”.  

Firuzə Vahid

Digər xəbərlər