Deputat Azərbaycanın magistral yollarında işğal edilmiş ərazilərimizin xəritəsinin asılmasını təklif edib

Deputat Azərbaycanın magistral yollarında işğal edilmiş ərazilərimizin xəritəsinin asılmasını təklif edib
# 08 may 2020 11:52 (UTC +04:00)

“Prezidentimiz Münhendə, Brüsseldə, eləcə də bir çox beynəlxalq çıxışlarında nəinki Qarabağdan danışır, həm də Zəngəzur, Göyçə və vaxtı ilə Azərbaycan torpaqları olmuş Qərbi Azərbaycan əraziləri ilə bağlı da mesajlar verir".

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Prezident İlham Əliyev xaricdə, beynəlxalq kürsülərdə, eləcə də ölkəmizdə informasiya təbliğatı ilə bağlı ciddi mesajlar verir, hər dəfə bizə, siyasətçilərə, ziyalılara nəinki işğal altında olan Qarabağla, hətta İrəvan, Zəngəzur və Göyçə, Qərbi Azərbaycanla bağlı vəzifə və məsuliyyətlərinin olduğunu xatırladır: "Dövlətimiz istər iqtisadi, istərsə də ordu baxımından işğalçı Ermənistandan güclüdür. Bu gün bizim görməli olduğumuz ən vacib iş təbliğat və təşviqatdır. Ermənistanın bütün magistral yollarında işğal etdikləri Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu göstərən xəritə asılıb. Hətta bu xəritədə Naxçıvan da Ermənistan torpağı kimi göstərilib. Bu gün istər Bakıdan Gürcüstana, istər şimala, istərsə də cənuba doğru heç bir yolda işğal edilmiş torpaqlarımızla bağlı xəritə göstərilmir. Ermənilərin bu formada təbliğat aparması Ermənistana gələn turistlərə yönəlmiş addımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR