Deputat: “Beş hektara qədər torpağı olan kəndlilərdən sosial sığorta haqqı alınmamalıdır”

Deputat: “Beş hektara qədər torpağı olan kəndlilərdən sosial sığorta haqqı alınmamalıdır”
# 05 may 2020 13:05 (UTC +04:00)

“Beş hektara qədər torpağı olan kəndlilərin vəziyyəti nəzərə alınmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

O, bu kəndlilərdən sosial sığorta haqqı alınmamasını təklif edib: “Qanun layihəsində bu insanlar nəzərə alınsın. Beş hektara qədər torpağı olan insanlara ünvanlı sosial yardım verilməlidir, onlar məşğul əhali siyahısından da çıxarılmalıdır. Çünki bu torpaqdan hansısa gəlir götürmürlər. Onların əldə etdiyi gəlir icbari sosial sığorta haqqı ödəməyə imkan vermir. Ona görə də beş hektara qədər torpağı olan kəndlilərlə bağlı hissə bu qanun layihəsindən çıxarılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR