Deputat “Büdcə sistemi haqqında” qanuna dəyişiklik olunmasını təklif edib

Deputat “Büdcə sistemi haqqında” qanuna dəyişiklik olunmasını təklif edib
# 18 dekabr 2020 11:18 (UTC +04:00)

“Biz “Büdcə sistemi haqqında” qanuna dəyişiklik etməliyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, biz 2021-ci ilin büdcəsini “Büdcə sistemi haqqında” qanuna əsasən dekabrın 20-dək qəbul etməliydik: “Hamı bilir ki, biz Vətən müharibəsi aparmışıq. Hesab edirəm, qanuna dəyişiklik edilməlidir. Qanuna “2021-ci il istisna olmaqla” sözləri əlavə edilməlidir. Çox üzrlü səbəbimiz var. Qarşımızda çox böyük vəzifələr durur. Azərbaycan sanki yenidən müstəqillik qazanıb. Bu, ona bənzər bir şeydir. Biz işğaldan azad olunan yerləri yenidən qurmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR