Deputat: “Ermənistanın dağıtdığı, erməniləşdirdiyi Azərbaycan abidələri dünyaya tanıdılmalıdır”

Deputat: “Ermənistanın dağıtdığı, erməniləşdirdiyi Azərbaycan abidələri dünyaya tanıdılmalıdır”
  • Clock-gray 15:59
  • calendar-gray 24 Dekabr 2020

“Bütün dünya çətin ildən keçdi. Azərbaycan üçün isə çətin olsa da, həm də şərəfli il oldu. Biz işğal altında olan torpaqlarımızı azad etdik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası üçün vəsaitin ayrılması hamını məmnun edir: “Bu, çox önəmli hadisədir. Mədəniyyətə ayrılan xərclər içərisində Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün də vəsait var. Bunun çox böyük hissəsi dünyanın bir çox güclərinin görüb-susduğu vandalizmin qurbanı olan abidələrimizin dünyaya göstərilməsinə sərf olunacaq. İşğalçı Ermənistan xalqımıza məxsus olan abidələrin bir çox hissəsini dağıdıb, Azərbaycana məxsus xristian abidələrini erməniləşdirib. Bu abidələrin dünyaya tanıdılması istiqamətində işlər görülməlidir”. 

Firuzə Vahid

Digər xəbərlər