Deputat: “Gündəlik məsələlərin müzakirəsi səsvermə əsasında müəyyənləşsin”

Deputat: “Gündəlik məsələlərin müzakirəsi səsvermə əsasında müəyyənləşsin”
# 18 dekabr 2020 11:23 (UTC +04:00)

“Deputat həmkarlarımız, Milli Məclisin Aparatının əməkdaşları və texniki işçilər arasında çoxlu yoluxma halları var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, parlamentin iclasında gündəlik ətrafında məsələlərin müzakirəsi səsvermə əsasında müəyyən edilməlidir: “Çoxluq təşkil edərsə, biz bu müzakirələri aparaq. Ölkədə pandemiyadır. Biz hamıya deyirik, bir yerə yığışmasın və s.”.

Sədr Sahibə Qafarova deyib ki, biz bu məsələni dünən komitə sədrlərinin iclasında müzakirə edilib: “Hər zaman səsə qoyurduq. Bundan sonra da səsə qoyulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR