Deputat: “Gündəliyə əlavələrlə bağlı ayrılan yarım saat çox azdır”

Deputat: “Gündəliyə əlavələrlə bağlı ayrılan yarım saat çox azdır”
  • Clock-gray 15:14
  • calendar-gray 19 May 2020

“Gündəliyə əlavələrlə bağlı ayrılan yarım saat çox azdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsində və “Turizm haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.

“Burada olan deputatlar regionlardan aldıqları təklifləri səsləndirmək, dövlətimizlə bağlı aktual mövzularda fikir bildirmək istəyirlər. Gündəliyə əlavələr vaxtının yarım saatdan 1 saata qaldırılmasını təklif edirəm”, - deyə A. Mirzəzadə qeyd edib.

Firuzə Vahid

Digər xəbərlər