Deputat: “Hökumətdə dəyişikliklər olmasaydı, bu gün bizim bu bəşəri çağırış qarşısında dayanmağımız çətin olardı”

Deputat: “Hökumətdə dəyişikliklər olmasaydı, bu gün bizim bu bəşəri çağırış qarşısında dayanmağımız çətin olardı”
# 09 aprel 2020 13:02 (UTC +04:00)

“Hökumətdə məlum dəyişikliklər baş vermədən bizim bu gün bəşəri çağırışın qarşısında dayanmağımız çətin olardı”.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, ölkə başçısının liderlik gücü ilə yeni hakimiyyət formalaşıb: “Hökumət də, Prezident Administrasiyası da yenidir. İndi artıq hökumətin içərisində məmur-oliqarxlar kəskin surətdə azalıb. Pandemiya bizə imkan verir ki, özümüzü daha real test edək. Ona görə də biz 2020-ci ilin reallığında Prezidentin rəhbərliyi altında vahid komanda ilə bu dalğalara qarşı dirəniş göstərməkdən danışa bilirik. Ölkə başçısı Mikayıl Cabbarovu qəbul edərkən ona qarşı təzyiqlərin olmasını da xatırlatmışdı. Həmkarlarımız da çıxışlarında bildirdi ki, hələ də əmək müqaviləsiz çalışanlar var. Ancaq burada ikinci mühüm məqam haqsız rəqabətin kölgə iqtisadiyyatına şərait yaratması idi. Bu gün pandemiya kölgə iqtisadiyyatını üzə çıxarır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR