Deputat: “Hətta bundan sonra 7 il neftdən gəlirimiz olmasa, Neft Fondunun eyni həcmdə vəsaiti büdcəyə transfert etmək imkanı var”

Deputat: “Hətta bundan sonra 7 il neftdən gəlirimiz olmasa, Neft Fondunun eyni həcmdə vəsaiti büdcəyə transfert etmək imkanı var”
  • Clock-gray 13:31
  • calendar-gray 13 Mart 2020

“Əmanətlərin tam sığortalanması müddətini 3 il uzatmağa ehtiyac yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin  plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, neftin qiymətinin düşməsi koronavirusla bağlıdır: “Büdcədə dövlət Neft Fondundan transfert büdcə gəlirlərinin 15%-ni təşkil edir. Hətta bundan sonra 7 il də neftdən gəlirimiz olmasa, Dövlət Neft Fondunun ehtiyatları bu həcmdə vəsaiti transfert etməyə imkan verir. Xalqımız bilsin ki, hansısa narahatlığa ehtiyac yoxdur. Milli valyuta bizim müstəqilliyimizin göstəricisidir. Bu gün isə görürsünüz ki, yüzlərlə vətəndaş manatı dollara dəyişməklə bağlı növbələrə düzülür. Türkiyədə bir neçə il əvvəl lirənin məzənnəsinə təhlükə yaranarkən hətta 100 dolları olan pensiyaçı da onu aparıb lirəyə dəyişirdi”.

Millət vəkili İlham Məmmədov isə qeyd edib ki, bu gün yaranan ajiotajlar yersizdir: “Ajiotajın aradan qaldırılması üçün rəsmilər tərəfindən daha geniş açıqlamalar verilməsinə ehtiyac var”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bildirib ki, əmanətlərin tam sığortalanması müddətinin artırılması əmanətlərin qorunması ilə bağlıdır: “Azərbaycan hökuməti yeni mexanizm hazırlayır. Mərkəzi Bank və Milli Məclis arasında dialoq olacaq. Keçən il qoyulan əmanətlərin müddəti bu ilin yay aylarında bitəcək. Ona görə də 9 ay məqbuldur”.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date