Deputat: “İcra hakimiyyəti institutu xüsusi nümayəndəliklə əvəzlənsin”

Deputat: “İcra hakimiyyəti institutu xüsusi nümayəndəliklə əvəzlənsin”
  • Clock-gray 12:12
  • calendar-gray 12 Fevral 2021

“Nisbətən gözdən düşmüş icra hakimiyyəti institutunu bütün bölgələrdə prezidentin xüsusi nümayəndəliyi institutu ilə əvəz etməliyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, icra hakimiyyəti orqanları həm səlahiyyət sahibidir, həm də heç bir səlahiyyət sahibi deyil: “Ona görə də bu məsələ nəzərə alınmalıdır. Xüsusi nümayəndəlik institutunda bir nümayəndədən və onun aparatından söhbət getməlidir. Toqquşan səlahiyyətlər məsələsi də var. Həmin yerlərdə müvafiq icra hakimiyyəti orqanları ləğv olunmalıdır. İkincisi, bu bölgələrdə “Smart şəhər”, “Smart kənd” layihələrindən əvvəl “Smart insan” layihəsini həyata keçirməliyik. Bu ərazilərə xarizmatik insanları təyin etməliyik. Kadr bankının yaranmasına ehtiyac var. Qarabağa könüllü insanları göndərməliyik. Şıxlar kəndindən 150 ailə Qarabağın bir kəndində yerləşməyə hazır olduğunu bəyan etdi. Biz istiqaməti bu cür qurmalıyıq. Polisin, sərhəd qoşunlarımızın  əməkdaşları ən ağır, çətin şərtlərdə fəaliyyət göstərirlər. Biz xüsusi nümayəndəliyin də işini elə qurmalıyıq ki, orada yerlərdə olan qurumlarla anlaşmazlıq yaratmasın”.

 

Firuzə Vahid

Digər xəbərlər