Deputat: “İcra hakimiyyətləri ləğv olunmalıdır”

Deputat: “İcra hakimiyyətləri ləğv olunmalıdır”
# 12 fevral 2021 11:53 (UTC +04:00)

“Xüsusi nümayəndələr institutu idarəetmədə çevikliyin təmin olunması üçün yaradılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər: “Amma buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR