Deputat: “Kamran Əliyev kifayət qədər təcrübəli şəxsdir”

Deputat: “Kamran Əliyev kifayət qədər təcrübəli şəxsdir”
# 01 may 2020 11:23 (UTC +04:00)

“Kamran Əliyevi hamımız çox yaxşı tanıyırıq və o, kifayət qədər təcrübəli şəxsdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

O təklif edib ki, bu səbəbdən çıxışlar olmasın: “Çünki bu gün gündəliyə daxil olan məsələlərin sayı kifayət qədər çoxdur”.

Deputat Eldar İbrahimov isə qeyd edib ki, işlədiyi dövrdə Kamran Əliyev özünü peşəkar və təcrübəli prokuror kimi göstərib: “O işlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. Eyni zamanda Azərbaycan cəmiyyətində də nüfuzlu prokuror kimi tanınıb.

Spiker Sahibə Qafarova əmin olduğunu bildirib ki, Kamran Əliyev Baş Prokuror vəzifəsini layiqincə yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR