Deputat: “Kiminsə koronavirusdan ölməsində hər birimizin məsuliyyəti var”

Deputat: “Kiminsə koronavirusdan ölməsində hər birimizin məsuliyyəti var”
# 08 may 2020 11:27 (UTC +04:00)

“Koronavirus pandemiyasının ölkəmizdə ikinci dalğasının yaranmasının yolverilməzliyi ilə bağlı ölkə başçısının çağırışına mən də qoşuluram”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin keçirilən iclasında millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, dünən Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyeva ilk modul tipli xəstəxananın açılışında iştirak ediblər: “Biz hər birimiz izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etməliyik. Bu gün kiminsə koronavirusdan ölməsində hər birimizin məsuliyyəti var. Düşünürəm ki, biz Operativ Qərargahla məsləhətləşərək İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edək”.

Spiker Sahibə Qafarova bildirib ki, bütün deputatlar harada çıxış edirlərsə, tövsiyələrə nəzərə alaraq, seçicilərimizi məlumatlandırmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR