Deputat Milli Məclisin iclaslarının canlı yayımlanmasını təklif edib

Deputat Milli Məclisin iclaslarının canlı yayımlanmasını təklif edib
# 02 iyun 2020 11:47 (UTC +04:00)

“Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirləri görsünlər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Milli Məclisin dünyanın hər yerində olduğu kimi, televiziyası olmalıdır: “İclaslar həm canlı yayımla verilməli, həm də təkrar yayımlar olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR