Deputat: “Narkotikə görə ikinci dəfə həbs olunan İran vətəndaşları cəzasının hamısını burda çəksin”

Deputat: “Narkotikə görə ikinci dəfə həbs olunan İran vətəndaşları cəzasının hamısını burda çəksin”
# 12 fevral 2021 13:08 (UTC +04:00)

“Həbsxanalarda görüşlər olur, hərdən yolumuz həbsxanaya düşür. Bu zaman şahidi oluruq ki, cəza çəkənlər arasında İrandan narkotik keçirən vətəndaşlar az deyil. Həbsxana rəisi deyir ki, cəza çəkən İran vətəndaşlarının əksəriyyəti bir müddət əvvəl ölkəsinə qaytarılanlardır. Rəis deyir ki, burada bu qədər iş verilib, ölkəsinə qaytarılıb ki, cəzasının qalan hissəsini orda çəksin, üstündən 6 ay, bir müddət keçəndən sonra yenidən həmin adam ölkəmizə narkotik keçirir””.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat təklif edib narkotikə görə ikinci dəfə həbs olunanlar İrana qaytarılmasın: “Cəzalarını elə burda çəksinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR