Deputat: "Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil"

Deputat: "Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil"
# 12 may 2020 12:52 (UTC +04:00)

"Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən bəri faşizm ideologiyası daim onların silahı olub".

Bunu APA-ya açıqlamasında Ermənistanın Baş Naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, o zamanlar faşizm termini olmasa da, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər ən qatı faşistlərin belə cinayət əməllərindən daha qəddar olub: "Ona görə də Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil. Elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərir. İşğalçı Ermənistanın siyasi rəhbərliyi Qaragin Njde kimi faşistə heykəl qoymaqla bu gün də öz faşist xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir. Bunu bütün dünya ictimaiyyəti görür ancaq təəssüf ki, münasibət hələ də adekvat deyil.

Millət vəkili qeyd edib ki, Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır, digər tərəfdən işğalçılıq siyasətini davam etdirir: “Erməni tərəfi bu gün də danışıqlar prosesinə süni maneələr yaratmağa çalışır. Bəzi ekspertlər Paşinyanın faşizmə xidmət edən babası haqqında informasiyanın Ermənistan media məkanında informasiya dövriyyəsinə gətirilməsini də təsadüfi hesab etmirlər. Nikol Paşinyan bunu qəsdən etməklə əslində erməni cəmiyyətində çoxluq təşkil edən faşizm pərəstişkarlarına gizli mesaj verərək onlarla birlikdə olduğunu örtülü şəkildə ifadə edir. Ancaq necə olursa, olsun sonunda bu cılız küçə demokratı ifşa olunacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR