Deputat: “Ölkədə məhkəmə islahatları gedir, Ali Məhkəmədən indiyədək qanunvericilik təşəbbüsü görməmişik”

Deputat: “Ölkədə məhkəmə islahatları gedir, Ali Məhkəmədən indiyədək qanunvericilik təşəbbüsü görməmişik”
# 01 fevral 2021 12:14 (UTC +04:00)

“Ölkəmizdə məhkəmə islahatları gedir. Amma biz Milli Məclis olaraq hələ Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü görməmişik. Ali Məhkəmə bu sahədə ciddi qanunvericilik təşəbbüsü ilə çıxış etməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Baş Prokurorluğa da, Naxçıvan Ali Məclisinə də qanunvericilik təşəbbüsləri hüququnun olması xatırladılmalıdır: “Milli Məclisdə ancaq Prezidentin imzası ilə gələn qanunlar qəbul edilir. Bu, əslində, doğrudur. Amma digər qurumların da qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Bu, onlara xatırladılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR