Deputat Qarabağın Baş Planının hazırlanmasını təklif edib

Deputat Qarabağın Baş Planının hazırlanmasını təklif edib
# 25 dekabr 2020 11:14 (UTC +04:00)

“2021-ci ilin büdcəsinə Qarabağ büdcəsi kimi baxırıq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Millət vəkili deyib ki, ordu işini görüb: “İndi Qarabağın Baş Planı hazırlanmalı, torpaqlar minadan təmizlənməli, məcburi köçkünlər geri dönməlidir. Vətən müharibəsindən sonra insanlara yeni gözlə baxılmalıdır. Yüksək insani münasibətlər, ədalət mühiti hökm sürməlidir. Bu məsələdə məsuliyyət hökumət üzvlərinin üzərinə düşür. Buna görə də şəhid ailələrinə, qazilərə dövlətin qayğısının xırda məmurlar tərəfindən kölgələnməsinə qətiyyən yol vermək olmaz. Sosial dəstəyin ünvanlılığı ilə bağlı çərçivə daha dəqiq hazırlanmalıdır. Yeri gəlmişkən, Neftçalaya su çəkilib, ancaq şəhərdə su paylama və kanalizasiya sistemi yoxdur. Rayonun bir çox kəndləri qazlaşdırılmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR