Deputat: “Qlobal informasiya məkanı monopoliyadadır”

Deputat: “Qlobal informasiya məkanı monopoliyadadır”
# 01 fevral 2021 15:26 (UTC +04:00)

“Həmişə sensasiya axtarmaq bizim medianı gözdən salıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, jurnalistlər mütləq özlərini təkmilləşdirməlidir: “Qardaş Türkiyənin bu sahədə olduqca böyük təcrübəsi var”.

Deputat Sahib Alıyev isə qeyd edib ki, bu əməkdaşlıq Türkiyə və Azərbaycan arasında hərbi-texniki sahədə olan əməkdaşlıq qədər əhəmiyyətlidir: “Bunun qlobal və regional müstəvidə təsirləri olacaq. Qlobal informasiya məkanı monopoliya vəziyyətindədir. Dünyada nəyə baxmaq, nəyi oxumaq lazım olduğunu 5 böyük media korporativi müəyyənləşdirir ki, onun da hamısı ABŞ-da yerləşir. Kim fikirləşir ki, ermənilər və hay diasporu revanşist siyasətdən əl çəkəcək, onlar yanılır. Hay diasporu və erməni dövləti bu yöndə fəaliyyətlərini davam etdirəcək. Ən əsası da informasiya savaşında. İnformasiya savaşından ermənilər ancaq kamuflyaj kimi istifadə edir. Bu baxımdan Türkiyə ilə media sahəsində əməkdaşlıq olduqca önəmlidir. Hələ ulu öndər o zaman Süleyman Dəmirəllə birlikdə türk televiziyası yaratmaq ideyasını irəli sürmüşdü. Bu ideya reallaşacaqdı. Ancaq mərkəzi Asiyada olan dövlətlərdəki problemlər bu ideyanın həyata keçməsinə mane oldu. Amma artıq bu ideya başqa formada reallaşır. Bu həm də ortaq türk dilinin yaranmasına şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR