Deputat: “Sosial şəbəkələrlə bağlı çox ciddi qanun qəbul etməliyik, bu, artıq ictimai sifarişdir”

Deputat: “Sosial şəbəkələrlə bağlı çox ciddi qanun qəbul etməliyik, bu, artıq ictimai sifarişdir”
# 01 iyun 2020 11:28 (UTC +04:00)

“Bu gün dünya iki yerə bölünüb. Faktiki olaraq, bu dünyada hüquq işləmir, hüququn gücü yoxdur. İkinci isə virtual dünyadır. Bu dünyada isə “qaralama”, “ləkələmə”, “terrorizmə çağırış” üstünlük təşkil edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur: “Sabah onlar hansısa cinayət əməlinə görə həbs edəndə, iddia qaldırırlar ki, hansısa fikirlərinə görə həbs ediblər. Təklif edirəm ki, iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanunu qəbul edək. Bu, artıq ictimai sifarişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR