Deputat Şuşada xilaskar əsgərə abidə qoyulmasını, parlamentin iclaslarından birinin Şuşada keçirilməsini təklif edib

Deputat Şuşada xilaskar əsgərə abidə qoyulmasını, parlamentin iclaslarından birinin Şuşada keçirilməsini təklif edib
# 13 noyabr 2020 12:54 (UTC +04:00)

“Şuşa şəhərinin ən yüksək yerlərindən birində bizim xilaskar əsgərimizə abidə qoyulsun”. APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu tarixi qələbənin birinci qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir: “Onun atdığı addımlar həlledici idi və qələbəni təmin etdi. Şanlı qələbəyə imza atan isə Ordumuzdur. Ordumuz sözün həqiqi mənasında xariqələr yaratdı, tarixi qələbəni bizə yaşatdı. Şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə hörmətlə, izzətlə yanaşırıq”.

Deputat təklif edib ki, müəyyən vaxtdan sonra, uyğun şərait yaranda parlamentin iclaslarından biri Şuşa şəhərində keçirilsin: “İşğaldan azad olunmuş torpaqlarla bağlı qanun layihələrini Şuşada qəbul edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR