Deputat: “Xarici hərbçilərin statusu müəyyənləşdirilməlidir”

Deputat: “Xarici hərbçilərin statusu müəyyənləşdirilməlidir”
  • Clock-gray 12:04
  • calendar-gray 01 Fevral 2021

“Ölkəmizdə olan xarici hərbçilərin statusunun müəyyənləşdirilməsinə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, xarici hərbçilərin statusu ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur: “Onların hüququ statusu ilə bağlı məsələ həllini tapmalıdır. Məsələn, onların toxunulmazlıq hüququ varmı? Yaxud işğaldan azad edilmiş ərazilərdə olan sülhməramlılar, monitorinq mərkəzində olan hərbçilər var. Orada hər hansı cinayət törədilsə onların hansı hüquqları olacaq?! Ya yeni qanun qəbul edilməlidir, ya da Azərbaycan hökumətinin sülhməramlı kimi digər ölkələrdə iştirakı ilə bağlı qanuna yeni fəsil əlavə edilməlidir”.

Firuzə Vahid

Digər xəbərlər