Deputat bəzi cinayətlərə görə həbs qərarının seçilməməsini təklif edib

Deputat bəzi cinayətlərə görə həbs qərarının seçilməməsini təklif edib
# 05 iyun 2020 13:54 (UTC +04:00)

“Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətiimkan tədbiri seçilməməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bununla bağlı qanuna dəyişiklik edilməlidir: “Cinayət Məcəlləsində sübutların saxtalaşdırılması məsələsinə yenidən baxılmalıdır. Burada hakimlərin məsuliyyəti nəzərdə tutulmayıb. Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR