Deputat prokurorluğun şəhid əməkdaşlarının ailələrinə müavinət verilməsini təklif edib

Deputat prokurorluğun şəhid əməkdaşlarının ailələrinə müavinət verilməsini təklif edib
# 01 iyun 2020 12:23 (UTC +04:00)

“1997-ci ilə qədər prokurorluğun şəhid olan əməkdaşlarının ailələrinə şəhidliklə bağlı müavinət verilsin”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, onları sayı elə də çox deyil: “Cəmi 20 nəfərədək olar”.

M. İbrahimqızı qeyd edib ki, ölkə başçısının tez-tez İrəvan və Zəngəzurla bağlı xatırlamaları cəmiyyət üçün mesajdır: “Bu gün dövlət başçısına Qarabağla bağlı təzyiqlər var. Bu gün biz hamımız özümüzü zəngəzurlu, irəvanlı, göyçəli, qarabağlı hesab etməliyik”.

Millət vəkili onu da bildirib ki, təmsil etdiyim Nəsimi rayon ərazisində vaxtilə ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə 4-cü Mikrorayon ərazisində inşa edilmiş və açılış mərasimində də şəxsən Heydər Əliyevin iştirak etdiyi Nigar Rəfibəyli adına kitabxana və oradakı qiymətli kitablar acınacaqlı durumdadır: “Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Heç bir müsbət cavab yoxdur. Kitabxananın açılış mərasimində iştirak edən sakinlər Ulu öndərimizdən onlara əmanət qalmış bu kitabxananın təmir olunaraq yenidən onların istifadəsinə verilməsini xahiş edirlər. Aidiyyatı orqanları bu problemin həllinə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR