Deputat toxunulmazlığına xitam verilməsi barədə Baş Prokurorun təqdimatına ən geci 3 gün ərzində baxılacaq

Deputat toxunulmazlığına xitam verilməsi barədə Baş Prokurorun təqdimatına ən geci 3 gün ərzində baxılacaq
  • Clock-gray 13:57
  • calendar-gray 16 Sentyabr 2020

İntizam Komissiyası tərəfindən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikasının Baş Prokurorunun təqdimatına ən geci 3 iş günü müddətində baxılacaq.

APA-nın məlumatına görə, bu, sabah Milli Məclisin İntizam Komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi” layihəsində əksini tapıb.

Layihəyə əsasən, eyni zamanda İntizam Komissiyası tərəfindən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar (Azərbaycan Respublikası konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndinə 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda) məsələyə 2 həftə müddətində baxılması nəzərdə tutulur.

Firuzə Vahid

Digər xəbərlər