Deputatın Milli Məclisin iclasında iştirak etməsi tələb kimi müəyyənləşib

Deputatın Milli Məclisin iclasında iştirak etməsi tələb kimi müəyyənləşib
# 30 mart 2020 12:20 (UTC +04:00)

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməsi bir vəzifə kimi müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun 7-ci maddəsinin adı “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti” “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi” ilə əvəzlənir. Qüvvədə olan qanuna əsasən, deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardırsa, dəyişikliyə əsasən, artıq bu, bir tələb kimi müəyyənləşir. Deputat Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməlidir. Eyni zamanda bu tələbin üzrsüz səbəbdən pozulması parlamentdaxili məsuliyyətə səbəb olacaq.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR