Deputatın şəxsi və xidməti avtomobilinin də karantin rejimində sərbəst hərəkət etməsi təklif olunur

Deputatın şəxsi və xidməti avtomobilinin də karantin rejimində sərbəst hərəkət etməsi təklif olunur
# 09 aprel 2020 13:46 (UTC +04:00)

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, Milli Məclisin martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR