Deputatlar general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarını ziyarət edib

Deputatlar general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarını ziyarət edib
# 18 iyul 2020 14:50 (UTC +04:00)

Milli Məclisin bir qrup deputatı şəhid general-mayor Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin məzarını ziyarət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtsadi siyasət, sənaye və sahibkarlar komitəsinin sədri Tahir Mirkişili, Sumqayıt ərazi dairəsi üzrə deputatlar Emin Hacıyev və Müşfiq Məmmədli Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin 2-ci Fəxri Xiyabanda məzarını ziyarət edib, onlara ehtiramlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR