Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər
# 28 mart 2020 09:43 (UTC +04:00)

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

A. Təvəkküloğlu bildirib ki, deputatlar və Milli Məclisin əməkdaşları tibbi test yoxlanışından keçib:

“Testlərin nəticəsi neqativ çıxır, hələ ki, heç bir problem yoxdur. Jurnalistlər də Milli Məclisin rəhbərliyinin təşəbbüsü ilə termovizor qurğusu ilə yoxlamadan keçiriləcək. Eyni zamanda onların iclası izləməsi üçün hər cür şərait yaradılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR