Diplomatiya Könüllüləri üçün Milli Qurtuluş Gününə həsr olunmuş onlayn görüş keçirilib - FOTO

Diplomatiya Könüllüləri üçün Milli Qurtuluş Gününə həsr olunmuş onlayn görüş keçirilib - FOTO
# 15 iyun 2020 20:42 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən qurumun nəzdində fəaliyyət göstərən Diplomatiya Könüllüləri üçün Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük qayıdışının qeyd olunduğu Milli Qurtuluş Gününə həsr olunmuş onlayn görüş keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, səfir Elmira Axundova Ulu Öndəri şəxsən tanımaq və onunla çalışmaq şansı olan bir şəxs kimi ümummilli liderin fenomenal liderlik keyfiyyətləri haqqında danışıb və Heydər Əliyevlə çalışdığı dövrə aid xatirələrini bölüşüb. Həmçinin ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş bir sıra kitabların müəllifi kimi səfir Elmira Axundova yazdığı kitablardan bəhs edib, Azərbaycan gənclərinin Heydər Əliyev kimi dahi şəxsiyyətin zəngin irsini daha dərindən bilmələrinin vacibliyini vurğulayıb.

Görüşdə 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçiliyini yox olmaq təhlükəsindən xilas etdiyi qeyd edilib, Ulu Öndərin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruması, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırması və inkişafın təməlini qoyması xüsusilə qeyd olunub.

Ulu Öndər Heydər Əliyevin bir şəxsiyyət kimi həm öz şəxsi keyfiyyətləri, həm yüksək intellekti, həm də vətənpərvərliyi, xalqına, vətəninə bağlılığının, Azərbaycan sevgisinin bütün gənclər üçün örnək olduğu bildirilib.

Görüşün sonunda səfir Elmira Axundova Diplomatiya könüllülərin çoxsaylı suallarını cavablandırıb.

Görüş Diplomatiya Könüllüləri üçün Milli Qurtuluş Gününün əhəmiyyətini bir daha vurğulamaqla yanaşı Heydər Əliyevin zəngin irsi haqqında onların daha ətraflı və geniş məlumatlara yiyələnməsinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR